“T3 Fondu”nun sədri: “Texnofest Azərbaycan”dan sonra minlərlə tələbə bu yarışlara müraciət edib”

“T3 Fondu”nun sədri: “Texnofest Azərbaycan”dan sonra minlərlə tələbə bu yarışlara müraciət edib”






presstv

"Presstv"az #Azərbaycan, #Qırğızıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Texnofest Azərbaycan”dan sonra minlərlə tələbə bu yarışlara müraciət edib və bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında münasibətlər üçün çox faydalı, digər dövlətlər üçün də yaxşı nümunə olub.

presstvaz xəbər verir ki, bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu Hıdır bildirib.

Onun sözlərinə görə, “T3 Fondu”nun layihələrindən biri Türkiyədə fəaliyyətə başlayan “Elm Mərkəzləri”dir:

“Hazırda Türkiyə daxilində 20-dən çox belə mərkəz var. Ölkənin hüdudlarından kənarda da bu cür mərkəzləri qurduq. Bunlar Azərbaycan, Şimali Kipr, Monteneqro və Qırğızıstandadır. Biz, xüsusilə qardaş ölkələrlə əməkdaşlığı genişləndirərək bu tip layihələri daha çox tanıtmaq istəyirik”.

K.Hıdır qeyd edib ki, bu mərkəzləri ziyarət edən tələbələr digər iştirakçıların layihələrini görüb, bu ekosistemin bir hissəsi olmaq istəyəcəklər:

“Nəticədə, növbəti il onlar da öz layihələri ilə “Technofest” və digər beynəlxalq layihələrə qatılacaqlar. Bu təcrübəni Azərbaycanda gördük”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv