Rusiya səfiri: “Ermənistan bizə qarşı “ikinci cəbhə” kimi istifadə edilməməlidir”

Rusiya səfiri: “Ermənistan bizə qarşı “ikinci cəbhə” kimi istifadə edilməməlidir”






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Avropa, #Cənubi Qafqaz, #Çin, #Ermənistan, #İran, #İrəvan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya ümid edir ki, Ermənistan hökuməti ölkənin Moskva ilə qarşıdurmada “ikinci cəbhə” açmaq üçün istifadə olunmasına imkan verməyəcək.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın 168.am portalına müsahibəsində bildirib.

“Biz çoxdan qeyd etmişik ki, regionda fəal olan Qərb ölkələrinin xeyirxah bəyanatlarının arxasında gizli niyyətlər dayanır. ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və onun üzvü olan dövlətlərin rəsmilərinin maskaları düşüb və açıq şəkildə bəyan etməyə başlayıblar ki, onlar Rusiya, eləcə də Çinin və İranın Cənubi Qafqaza təsirini azaltmaq niyyətindədirlər. Erməni tərəfdaşlarına “münasibətlərin şaxələndirilməsində” kömək etmək bəhanəsi ilə İrəvan və Moskva arasında müttəfiqlik əlaqələrini məhv etməyə yönəlmələri də bununla əlaqədardır”, – deyə səfir qeyd edib.

Diplomat əlavə edib ki, Rusiya İrəvanın regionda Rusiya ilə qarşıdurmanın “ikinci cəbhəsi”nin açılması üçün özünün istifadə edilməsinə imkan verməyəcəyini və Avrasiyaya inteqrasiya məsələsində dinamik inkişaf edən proseslərdə iştirakına xələl gətirməyəcəyini gözləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv