AFFA uşaq evlərinin komandaları arasında “Dostluq Kuboku” turniri keçirəcək

AFFA uşaq evlərinin komandaları arasında “Dostluq Kuboku” turniri keçirəcək






presstv

"Presstv"az #Bakı, #Futbol, #Minifutbol, #Sağlam həyat tərzi, #Tennis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AFFA-nın təşkilatçılığı ilə uşaq evlərinin 10-12 və 13-15 yaş arası oğlan və qızlardan ibarət komandaları arasında “Dostluq Kuboku” minifutbol turniri keçiriləcək.

presstvaz xəbər verir ki, mayın 4-də Bakı Tennis Akademiyasının meydançasında baş tutacaq tədbirdə Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrində yaşayan uşaqlardan ibarət komandalar iştirak edəcəklər.

Hər iki yaş qrupu üzrə 3 komanda – “Şahinlər”, “Birlik” və “Zəfər” mübarizə aparacaq.

Turnirin keçirilməsində əsas məqsəd uşaq evlərində yaşayan uşaqların komanda ruhunun və sosial bacarıqların inkişaf etdirilməsi, sağlam həyat tərzinin və fiziki fəallığın təbliği, uşaqlara müsbət emosiyalar, motivasiya bəxş etməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv