Nabrana gedən keçmiş məhbus rus qadının evinə basqın etdi

Nabrana gedən keçmiş məhbus rus qadının evinə basqın etdi






presstv

"Presstv"az #Hadisə, #Hakim, #Sumqayıt Apellyasiya Məhkəməsi, #Xaçmaz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Mahmud İsrafilovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

presstvaz-ın məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

İttihama görə, hadisə 2 oktyabr 2023-cü il tarixdə, saat 19:20-də baş verib. M.İsrafilov Xaçmaz rayonu, Nabran kəndi ərazisində, “Maralgöl” istirahət mərkəzindən 500 metr aralıda yerləşən Nadejda Polkovnilcovanın yaşadığı evin həyətinə qanunsuz daxil olaraq maskalanıb, ev sahibəsinə hücum edib. O, əlindəki dəmir parçası ilə zərərçəkmişə zor tətbiq edib evdəki pul və qızıl əşyalarının yerini soruşub. Qadın pulunu və qızıl-zinət əşyalarını saxladığı yeri ona göstərib. Təqsirləndirilən şəxs yataq otağından ümumi dəyəri 65 135 manat məbləğində qızıl-zinət əşyalarını və qadına məxsus telefonu götürərək hadisə yerindən qaçıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs bundan əvvəl – 2011-ci ildə 11 il 6 ay həbs həyatı yaşayıb.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv