Baş nazirdən Balaxanı ilə bağlı QƏRAR

Baş nazirdən Balaxanı ilə bağlı QƏRAR






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Balaxanı qəsəbəsi, #Əli Əsədov, #Hakim, #İqtisadiyyat Nazirliyi, #Nazirlər Kabineti, #Sabunçu rayonu, #Sərəncam, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nazirlər Kabineti ölkə Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

presstvaz xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18.415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv