Böyük zəlzələ yaxınlaşır: Okean səviyyəsi qalxacaq, böyük daşqına səbəb olacaq

Böyük zəlzələ yaxınlaşır: Okean səviyyəsi qalxacaq, böyük daşqına səbəb olacaq






presstv

"Presstv"az #ABŞ, #Güclü zəlzələ, #Kaliforniya, #Qlobal istiləşmə, #Vaşinqton, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər ABŞ-nin Sakit okean sahilləri üçün yaxınlaşan təhlükə barədə xəbərdarlıq edirlər. Onların proqnozlarına görə, Kaskadiya subduksiya zonasında səkkiz bal gücündə baş verə biləcək güclü zəlzələ sahil boyunca torpağın təxminən iki metr aşağı enməsinə səbəb ola bilər. Bu, Kaliforniya, Vaşinqton və Oreqon kimi ştatlar üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə tədqiqatçıların “Live Science” jurnalında dərc olunan məqaləsində bildirilir.

Okean tektonik plitələrinin kontinental plitələrin altına batdığı Kaskadiya subduksiya zonası indiyə qədər regionda dəniz səviyyəsinin qalxmasının qarşısını alan özünəməxsus bir qalxan rolunu oynayıb. Lakin geoloji sübutların göstərdiyinə görə, burada sonuncu böyük zəlzələ 1700-cü ildə baş verib və ondan sonra sahil xətti hər il 1-3 millimetr qalxıb. Ancaq cari onilliyin sonuna qədər qlobal istiləşmə nəticəsində dünya okeanının səviyyəsinin qalxma sürəti Kaskadiyanın qalxma tempini üstələyəcək.

Alimlər 8 bal gücündə zəlzələnin bu gün baş verdiyi ssenarini modelləşdirərək, onu 2100-cü ildə dəniz səviyyəsinin 0.4-0.9 metr qalxması gözlənilən vəziyyətlə müqayisə ediblər. Modellər göstərir ki, su altında qala biləcək ərazi bu gün zəlzələ zamanı 300 km² olduğu halda, gələcəkdə 370 km²-yə qədər arta bilər. Bundan başqa, əlavə 17 710 nəfərin həyatı təhlükə altına düşə bilər (hazırda bu rəqəm 8 120-dir).

Mütəxəssislər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin qalxması ilə birlikdə baş verəcək belə “böyük zəlzələ” sahilboyu yaşayış məntəqələrinin görünüşünü tamamilə dəyişə bilər: şəhərlər və qəsəbələr həmişəlik suyun altında qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv