Təyyarədə bunu etmək qadağan imiş

Təyyarədə bunu etmək qadağan imiş






presstv

"Presstv"az #Ayaqqabı, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi sərnişinlər üçün bu, qəti şəkildə qadağandır.

Təyyarə ilə səyahət vaxt baxımından sərfəli olsa da, xüsusilə uzun məsafəli uçuşlarda kifayət qədər narahat ola bilər. Bəzi sərnişinlər ayaqlarını dincəltmək üçün ayaqqabılarını çıxarırlar.

Bəs bu doğrudanmı qəbulediləndir?

presstvaz xəbər verir ki, “New Zealand Herald”a verdiyi müsahibədə etiket üzrə ekspert Codi R. R. Smit bildirib ki, ayaqqabını çıxarmaq yalnız bir halda məqbuldur – əgər uçuş 4 saatdan çox davam edirsə.

Lakin burada bəzi məhdudiyyətlər var. Ekspert qeyd edir ki, təyyarə salonunda ayaqqabını yalnız ayaqlarınızın heç bir qoxu yaymadığına əmin olduğunuz halda çıxara bilərsiniz.

Digər ekspert, Rozalinda Oropeza Rendall isə vurğulayır ki, bəziləri üçün ayaqqabı çıxarmaq qəti qadağandır. Bu, hətta uzun məsafələrə səyahət edən sərnişinlərə də aiddir.

“Əgər siz təxliyə çıxışının yanında əyləşmisinizsə, ayaqqabınız mütləq ayağınızda olmalıdır. Bu yerlərdə əyləşməklə, fövqəladə hallarda tez və sakit şəkildə yardım etməyə hazır olmaq məsuliyyətini üzərinizə götürürsünüz. Ayaqqabı axtarmağa, bağcığını açmağa və yenidən geyinməyə vaxt olmayacaq”, – deyə o izah edir.

Digər səbəb isə gigiyenadır. Bələdçilər xəbərdarlıq edirlər ki, təyyarə salonunun döşəməsi o qədər də təmiz deyil.

Xüsusilə, sərnişinlərə ayaqqabısız tualetə getməmələri tövsiyə olunur. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv