Hansı xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək?

Hansı xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək?






presstv

"Presstv"az #İnzibati Xətalar Məcəlləsi, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İcra xidmətinin icra məmuru icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirəcək.

presstvaz xəbər verir ki, sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarında təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

“İcra haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürüləcək və bu vəsaitin bir iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin ediləcək.

Borclu tərəfindən icra xidmətinin müvafiq depozit hesabına köçürülmüş, yaxud icra qurumu tərəfindən tutulmuş tələbkara verilməli olan vəsait tələbkarın təqdim etdiyi bank hesabına 3 iş günü müddətində köçürüləcək.

İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürüləcək və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndəriləcək.

İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək.

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilməyəcək.

İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandıracaq və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verəcək. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.

Həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Məlumat üçün bildirək ki, qanun layihələri məhkəmə və digər orqanların qərarlarının icrası sahəsindəki aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv