Şarj dövrü tarixə qovuşur – 50 il işləyə bilən batareyalar satılacaq

Şarj dövrü tarixə qovuşur – 50 il işləyə bilən batareyalar satılacaq






presstv

"Presstv"az #Çin, #Mobil telefon, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində yerləşən texnologiya startapı “Betavolt” enerji sahəsində inqilabi yeniliklə çıxış edib.

presstvaz xəbər verir ki, şirkət 50 il ərzində şarj və texniki xidmət olmadan işləyə bilən atom enerjili batareyanın kütləvi istehsalına başladığını açıqlayıb.

Bu texnologiya gələcəkdə mobil telefonlardan kosmik qurğulara qədər bir çox sahədə tətbiq edilə bilər.

Hazırda “BV100” modeli adı ilə təqdim olunan batareya cəmi 15x15x15 mm ölçüsündədir. Bu kiçik akkumulyator 100 mikrovat güc və 3 volt gərginlik təmin edir. Enerji mənbəyi isə nikel-63 izotopunun radioaktiv parçalanmasıdır. Batareyada yerləşdirilən kristal yarımkeçirici materiallar vasitəsilə 3300 meqavat-saat enerji saxlana bilir – bu da litium batareyalardan 10 qat daha çox enerji sıxlığı deməkdir.

“Betavolt”un bildirdiyinə görə, bu batareya gələcəkdə tibbi cihazlardan tutmuş hərbi texnologiyalara, uzaq rabitə sistemlərindən tutmuş kosmik aparatlara qədər müxtəlif sahələrdə istifadə edilə bilər. Hazırda “BV100” modeli noutbuk və ya smartfon kimi cihazları enerji ilə təmin edə bilmir, lakin daimi enerji tələb edən dron və kiçik avadanlıqlar üçün tam uyğundur.

Şirkət 2025-ci ilin son rübünə qədər 1 vatt gücündə yeni modelin təqdimatını nəzərdə tutur. Bu texnologiyanın inkişafı ilə enerji sektoru və gündəlik istifadə edilən cihazlarda “şarj” anlayışının aradan qalxması mümkün görünür. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv