Bakıdan tanış olduğu qadınları iş adı ilə İstanbula çağırıb – 65 yaşlı qadın HƏBS EDİLDİ

Bakıdan tanış olduğu qadınları iş adı ilə İstanbula çağırıb – 65 yaşlı qadın HƏBS EDİLDİ






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Hakim, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beş qadını Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan şəxs hakim qarşısına çıxarılıb.

İstintaqla onun insan alveri, həmçinin insan alveri məqsədi ilə beş nəfərin sənədlərini qanunsuz olaraq ələ keçirməsi əməlləri sübuta yetirilib.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə Aygün ləqəbi ilə tanınan 65 yaşlı Zahidə Qafarova (ad və soyad şərtidir) səkkiz il azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Aygün uzun illərdir bu işlə məşğul olub. O, ilk dəfə İstanbula ticarət məqsədi ilə gedib. Sonradan isə Aksaray bölgəsində yerləşən “Sur” hotelində yaşamağa başlayıb. Orada kişilərin qadınlarla görüşdüyünü bilib. Bundan daha yaxşı qazanc əldə etməyi planlaşdırıb.

İttihama görə, Aygün Bakıdan tanış olduqları qadınları iş adı ilə İstanbula çağırıb. Sonra onları insan alverinə cəlb edib və rəsmi sənədlərini əllərindən alıb. Zərərçəkmiş kimi tanınan beş nəfər qadın Aygündən şikayətçi olublar. Bildiriblər ki, Bakıya qayıtmaq istəyən zaman Aygün onları şantaj edib. Bu barədə ailələrinə məlumat verəcəyini deyib.

Aygün özünü qismən təqsirli bilib. Deyib ki, qadınlar İstanbula gələndə hansı işlə məşğul olacaqlarından məlumatlı olublar.

Tərəflərin ifadəsindən məlum olub ki, adıçəkilən hoteldə kişilərlə görüşən qadınların qazancının 50 faizi Aygünə çatırmış.

Aygünün daha əvvəl Türkiyədən deport edildiyi məlum olub. Buna səbəb uzun illər Türkiyədə qaçaq statusu ilə yaşaması olub. Azərbaycana qayıtdıqdan sonra isə ad və soyadını dəyişərək yenidən Türkiyəyə gedib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv