Kahramanmaraşda Heydər Əliyev adına məktəb ilk şagirdlərini qəbul edib

Kahramanmaraşda Heydər Əliyev adına məktəb ilk şagirdlərini qəbul edib






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan məhəlləsi, #Heydər Əliyev, #Təbii fəlakət, #Təhsil, #Türkiyə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2023-cü ilin fevralında baş vermis zəlzələnin böyük dağıntıya səbəb olduğu Türkiyənin Kahramanmaraş bölgəsində çökən Sezai Karakoç adına ibtidai məktəbin yerinə Heydər Əliyev adına ibtidai məktəb inşa edilib.

Azərbaycan məhəlləsində tikilən məktəb TOKİ (Toplu Konut İdaresi Başkanlığı) və Azərbaycanın əməkdaşlığı çərçivəsində ərsəyə gəlib.

20 sinif otağından, üç laboratoriyadan, emalatxanalardan, idman zalından və oyun meydançalarından ibarət müasir təhsil mərkəzi şagirdlərini qəbul edib.

presstvaz “TRT Haber” telekanalına istinadla xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum məktəbin görüntülərini sosial şəbəkə hesabında paylaşaraq yazıb:

“Bura Kahramanmaraştakı Heydər Əliyev adına ibtidai məktəbdir. Əsrin fəlakətindən sonra təbii fəlakətlərə dözümlü, uşaqlarımız üçün təhlükəsiz məktəb inşa etdik. İndi dəhlizlərində övladlarımızın sevinci və həyəcanı var”.

Məktəbin direktoru Murat Demirci bildirib ki, məktəbin inşası 16 ay müddətində tamamlanıb və onun möhkəm konstruksiyaya malik olduğuna diqqət çəkib:

“Hazırda 400 şagirdimiz var və bu sayın 1 500-ə yüksəlməsini gözləyirik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv