“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı

“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsi yaradıldı






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Əli Əsədov, #Hakim, #İqtisadiyyat Nazirliyi, #Maliyyə Nazirliyi, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

presstvaz xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sahibsiz Heyvanlara Qayğı Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib.

Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.

Nazirlər Kabinetinə Mərkəzin Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, strukturunun təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin ləğvi və yenidən təşkili həvalə edilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 (bir) gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Mərkəzin dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumunun balansında olan dövlət əmlakının Mərkəzin balansına verilməsi üçün zəruri tədbirlər görməli, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, dövlət büdcəsindən dövlət sifarişi əsasında ayrılacaq məqsədli vəsaitin ödənilməsi üçün Mərkəzlə müqavilə bağlanılmasını təmin etməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv