Kredit faizləri düşəcək? – Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib

Kredit faizləri düşəcək? – Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib






presstv

"Presstv"az #Azərbaycan, #Dollar, #Hadisə, #Maliyyə Nazirliyi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard dollarlıq depozit yerləşdirmsi iqtisadi müzakirələrə səbəb olub. Bəzən bu hadisə Azərbaycanda kredit faizlərinin ümumi ucuzlaşmasının başlanğıcı kimi şərh edlir. Lakin belə bir nəticəyə gəlmək üçün ciddi əsaslar yoxdur”.

presstvaz xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O, bildirib ki, bu gün depozit portfeli təxminən 40 milyard manatdır. Bir müddət əvvəl bu portfel 38 milyard manat olandakı faizlərlə 40 milyard manat olandakı faizlər arasında ciddi faizləri endirimi yox idi. Deməli, depozit porfelnin indi 2-3% artması sistem üzrə kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə deyil:

“Nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi yerləşdirdiyi bu vəsaitləri qısa müddətə əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki bank kreditləri isə uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısa müddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi isə mümkün deyil.

Kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti, makroiqtisadi risklər, inflyasiya gözləntiləri və bank sektorunun risk qiymətləndirmə siyasətləri də bu məsələdə həlledici rol oynayır. Bugünkü reallıqda isə Azərbaycanda pul siyasəti ehtiyatlı qalır və inflyasiya hələ də diqqət mərkəzindədir.

Əlqərəz, 1 milyard dollarlıq depozitin yerləşdirilməsi fonunda kredit faizlərinin kəskin düşəcəyini gözləmək qeyri-real arzulara qapılmaqdan başqa bir şey deyil. İqtisadi proseslər isə reallıq üzərində qurulmalıdır, qeyri-realist gözləntilər isə yanlış qərar və ümidlərə səbəb ola bilər”.

O zaman Maliyyə Nazirliyi niyə bunu etdi?

Ekspert bildirib ki, cavab çox sadədir. Maliyyə Nazirliyinin əsas vəzifələrindən biri dövlət büdcəsinin səmərəli idarə edilməsidir.

“Buna görə müstəqillik dönəmindən bəri ilk dəfə atılan bu addımı Maliyyə Nazirliyinin yeni komandasının tamamilə doğru addımı hesab edirəm. Sadəcə növbəti illərdə bu depozitlər təkcə sistem əhəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri ilə digər banklara da etibar edilməlidir”. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv