“Braziliyada “Qarabağ” üçün futbolçu axtarıram”

“Braziliyada “Qarabağ” üçün futbolçu axtarıram”






presstv

"Presstv"az #Azərbaycan, #Braziliya, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Qarabağ"ın və Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi, hazırda Braziliyanın "Primavera" klubunun formasını geyinən Riçard Almeyda Ağdam klubundakı dönəmini xatırlayıb.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, "Terra"ya danışan Almeyda Ağdam klubu üçün futbolçu axtardığını da deyib: "Qarabağ"ın heyətində avrokubok oyunları həyatıma böyük təsir etdi. İstər ən kiçik, istərsə də ən böyük komanda olsun, mənim üçün hər oyun bir zövq idi və bu, həmişə yaddaşımda qalacaq".

Riçard Azərbaycanı unutmadığını və hətta ölkəmizə bağlı olduğunu da bildirib: "Burada, Braziliyada "Qarabağ" üçün futbolçulara baxıram. Bu vacibdir. Onların davamlı böyüməsinə kömək etmək istəyirəm. "Qarabağ" mənə profillərinə uyğun gələn oyunçuları görmək imkanı verdilər və onları təhlil etməyi təklif etdilər. Əgər "Qarabağ" təqdim edəcəyim futbolçuları bəyənsə, onunla danışacam, agenti olub-olmadığını, klubun şərtlərini öyrənəcəm. Azərbaycan mənə bir çox cəhətdən kömək edən ölkədir. Təkcə futbolda deyil, həm də insan kimi daha yaxşı olmağımda. Yaxşılıq etdilər. Azərbaycanlılar humanist insanlardır, əcnəbi olub-olmamasından asılı olmayaraq, başqalarına hörmət edən, köməklik edən insanlar olurlar. Bu, mənim öyrəndiyim həyat dərsidir".

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv