Ukrayna və ABŞ mineral resurslarla bağlı sazişdə razılığa gəlib

Ukrayna və ABŞ mineral resurslarla bağlı sazişdə razılığa gəlib






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Beynəlxalq Valyuta Fondu, #Dünya Bankı, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna və ABŞ arasında mineral resurslar üzrə hazırlanan razılaşmada, sənəd imzalanmazdan əvvəl göstərilən Amerika yardımlarının nəzərə alınmaması barədə razılıq əldə edilib.

presstvaz xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıhal “Telegram” kanalında məlumat yayıb.

Şmıhalın sözlərinə görə, o, bu məsələni ABŞ maliyyə naziri Skott Bessentlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Bahar Toplantıları çərçivəsində müzakirə edib.

Baş nazir qeyd edib ki, razılaşma üzərində hüquq komandaları işləyir və artıq ciddi irəliləyiş əldə olunub:

“Əsas odur ki, öz qırmızı xətlərimizi dəqiqləşdirdik. Razılaşma həm Avropa öhdəliklərinə uyğun olmalı, həm də Ukraynanın Konstitusiyasına və qanunvericiliyinə zidd olmamalıdır. Sənəd parlament tərəfindən ratifikasiya olunmalıdır. Əldə edilən razılaşmaya əsasən, sənədə imzadan əvvəl verilən yardım daxil edilməyəcək.” /APA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv