Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə AÇIQLAMA

Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə AÇIQLAMA






presstv

"Presstv"az #ATƏT-in Minsk Qrupu, #Azərbaycan, #Ermənistan, #Estoniya, #İrəvan, #Mətbuat konfransı, #Nikol Paşinyan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistan sülh sazişi ilə yanaşı ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanat imzalamağa hazırdır”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Estoniyaya səfəri zamanı həmkarı Kristen Mixal ilə birgə mətbuat konfransı zamanı bəyan edib.

O, İrəvanın Moskva ilə münasibətlərinə də toxunaraq, qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil.

“Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Amma mən çox açıq demək istərdim, məncə, Ermənistanda da çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr səslənir. Bizim heç bir şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik”, – deyə Ermənistan hökumət başçısı bəyan edib.

Öz nöbəsində, Kristen Mixal Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzərində razılığa gələ bildiklərinə görə şad olduğunu deyib.

“Ümid edirəm ki, saziş yaxın gələcəkdə imzalanacaq”, – Estoniyanın baş naziri bildirib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv