Bobur Bekmurodov: “Azərbaycan Prezidentinin təşəbbüsləri digər ölkələr üçün nümunə olmalıdır”

Bobur Bekmurodov: “Azərbaycan Prezidentinin təşəbbüsləri digər ölkələr üçün nümunə olmalıdır”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“QHT-lərin dünyadakı rolu yalnız sosial layihələrdə deyil, həm də sağlam dialoqun təşviqində və sülhü təmin etməkdə mühüm əhəmiyyətə malikdir”.

presstvaz xəbər verir ki, bu fikirləri Özbəkistan parlament komitəsinin, “Yüksəliş” hərəkatının sədri Bobur Bekmurodov aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Özbəkistanda da bu sahədə böyük layihələr həyata keçirilir və QHT-lərin sayı son illərdə iki dəfə artıb. Bu, vətəndaş cəmiyyətinin inkişafına və ictimai fəallığın güclənməsinə dəlalət edir. Demokratik inkişafı hədəfləmək və bu istiqamətdə ardıcıl addımlar atmaq isə xüsusi əhəmiyyət daşıyır.

“Təəssüf ki, bu gün dünya demokratik dəyərlərdən və prinsiplərdən getdikcə uzaqlaşır. Lakin QHT-lərin mövcudluğu bu mənfi tendensiyaya qarşı böyük müqavimət və alternativ təklif edir”, – deyə Bobur Bekmurodov vurğulayıb.

Onun sözlərinə görə, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumun məhz Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafa verdiyi dəstəyin sübutudur:

“Azərbaycan Prezidentinin bu sahədə nümayiş etdirdiyi liderlik və irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün də nümunə olmalıdır”.

Forum iştirakçısı əlavə edib ki, QHT-lərin səsləri yalnız lokal müstəvidə deyil, dövlətlər səviyyəsində də aydın və qətiyyətli şəkildə eşidilməlidir:

“Çünki məhz QHT-lər cəmiyyətlərin problemlərini birbaşa ifadə edən, inkişaf və ədalət naminə çalışan ən təsirli qüvvələrdən biridir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv