Bakıda itkin düşən qızlar 10 gün sonra TAPILDILAR: Taksi sürücüsünün evində GİZLƏNİBLƏRMİŞ

Bakıda itkin düşən qızlar 10 gün sonra TAPILDILAR: Taksi sürücüsünün evində GİZLƏNİBLƏRMİŞ






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan 2008-ci il təvəllüdlü H.A və 2007-ci il təvəllüdlü H.R sığınacağa yerləşdiriləcək.

Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

“Sənədləşmə işləri aparılır və təhlükəsizlik baxımından, eləcə də reabilitasiya üçün qızlar sığınacağa gətirilir”, – deyə məlumatda bildirilib.

26 aprel, 21:55

Bakıda itkin düşmüş kimi axtarışları aparılan şəxslər tapılıblar.

presstvaz bildirir ki, bu barədə   Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışları aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Qeyd edilib ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışlarının aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

Xatırladaq ki, qızlar 16 aprel, saat 20 radələrində yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv