Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb: Özü ilə xəstəxanaya gətirib

Tailandda qadın onu dişləyən kobranı əlləri ilə öldürüb: Özü ilə xəstəxanaya gətirib






presstv

"Presstv"az #Hadisə, #Həkim, #Meşə, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandın Sakeu əyalətində 3-4 metrlik kral kobrası meşədə göbələk toplayan qadını dişləyib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Thaiger” nəşri yazıb.

Məlumata görə, ölümcül təhlükəli kobra Supin Vanpxen adlı qadına hücum edib və onu ayağından dişləyib. Lakin qadın özünü itirməyib və ilanı zərərsizləşdirə bilib.

Daha sonra Supin Vanpxen xəstəxanaya təkbaşına gəlib və öldürdüyü ilanı da özü ilə gətirib, bununla da xəstəxana işçilərini şoka salıb.

Qadına vaxtında lazımi tibbi yardım göstərilib və o, hazırda həkimlərin nəzarəti altında sağalır.

Qadının rəfiqəsi hadisə barədə sosial şəbəkədə paylaşım edib.

“Supin Vanpxen, mənim inanılmaz cəsarətli rəfiqəm göbələk yığmağa gedib və kral kobra tərəfindən dişlənib. O, ilanı öz əlləri ilə öldürüb və xəstəxanaya gətirib. O, həqiqətən də heyrətamizdir. İndi intensiv terapiya bölməsindən buraxılıb və həyatına təhlükə yoxdur”, – deyə qadının rəfiqəsi qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv