KİV: İran ABŞ-yə aralıq sazişi təklif edib

KİV: İran ABŞ-yə aralıq sazişi təklif edib






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Donald Tramp, #İran, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkofa Tehranın nüvə proqramı ilə bağlı aralıq sazişi bağlamağı təklif edib.

presstvaz “Axios”a istinadən xəbər verir ki, Romada keçirilən məsləhətləşmələrdə Əraqçi qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 60 günlük müddət ərzində nüvə proqramı ilə bağlı yekun sazişə nail olmaq çətin ola bilər. Nazir xüsusi elçiyə bildirib ki, mümkün sazişin texniki xüsusiyyətlərini nəzərə alaraq danışıqları iki ay ərzində başa çatdırmaq çox çətin olacaq.

Uitkoff isə cavab olaraq hazırda aralıq sazişi müzakirə etmək istəmədiyini, əvəzində 60 gün ərzində hərtərəfli sazişə nail olmağa üstünlük verdiyini bildirib.

Bununla belə, Uitkoff əlavə edib ki, əgər müddət yaxınlaşdıqca hər iki tərəf əlavə vaxta ehtiyac olduğunu düşünsə, aralıq sazişi ideyasına qayıda bilərlər.

İranın BMT-dəki nümayəndəliyi “Axios”un məlumatını təkzib edərək bunun yalan və həqiqətə uyğun olmadığını bildirib. ABŞ Dövlət Departamenti isə şərh verməkdən imtina edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv