Sağlam bilib içirik amma kola qədər zərərli imiş

Sağlam bilib içirik amma kola qədər zərərli imiş






presstv

"Presstv"az #diabet, #Həkim, #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə xüsusilə sağlam qidalanma tərzi ilə maraqlananların menyusunda ön sıralarda yer alan “smoothie” içkiləri ilə bağlı xəbərdarlıq edilib.Meyvələrdən hazırlanan bu içkilər sağlam hesab olunsa da, tərkibindəki şəkərin səviyyəsi ciddi risklər yarada bilər.

presstvaz xəbər verir ki, Dorset Universiteti Xəstəxanalarının məsləhətçi həkimi Dr. David Cavan bildirib ki, bəzi smoothie növləri tərkibindəki şəkər baxımından qazlı içkilərlə, xüsusilə də kolayla eyni səviyyədədir: “Bir smoothie bəzən bir qutu soda qədər, yəni təxminən 9 çay qaşığı şəkər ehtiva edə bilər. Bu isə həm çəki artımı, həm də 2-ci tip şəkərli diabet riskini artırır.”

Dr. Cavan qeyd edib ki, smoothie içkilərindəki şəkərin meyvədən gəlməsi onun zərərini azaltmır: “Bəli, bu şəkər təbiidir, amma bu, onun sağlam olduğu anlamına gəlmir. Meyvənin lifli hissələri smoothies hazırlanan zaman əzilərək aradan qalxır və nəticədə içki daha şirin, lakin daha az doyurucu olur”.

O, həmçinin tövsiyə edir ki, insanlar smoothie və meyvə şirəsi yerinə meyvənin özünü istehlak etsinlər. Beləliklə həm daha az kalori qəbul olunur, həm də daha uzun müddət tox qalmaq mümkündür. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv