İstanbuldakı zəlzələ Azərbaycana təsir edə bilər? – Qurban Yetirmişlidən AÇIQLAMA

İstanbuldakı zəlzələ Azərbaycana təsir edə bilər? – Qurban Yetirmişlidən AÇIQLAMA






presstv

"Presstv"az #Avto, #Güclü zəlzələ, #İstanbul, #Türkiyə, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, qardaş ölkə Türkiyənin İstanbul şəhərində bugün ard-arda bir neçə zəlzələ baş verib.

Bəs bu zəlzələnin davam etməsi gözlənilir? 

Mövzu ilə bağlı milli.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlama verib:

“Türkiyədə avtoşoklar enerji boşalması olana qədər davam edəcək. Həmin zəlzələ zəif zəlzələ deyil, güclü zəlzələdir. Uzun müddət gərginlik yaşayan bölgədə parçalanmalar baş verir, bu da enerji boşalmasının davam etməsinə səbəb olur.

Bu zəlzələnin bizim ölkəyə heç bir təsiri yoxdur. Həmin zəlzələ bizim zəlzələ ocaqlarını oyada bilməz.Türkiyədəki bu zəlzələlərin bir müddət daha davam edəcəyini və avtoşokların bölgədə baş verəcəyi gözləniləndir”.

Qeyd edək ki, İstanbulun Silivri rayonu çevrəsində qeydə alınan ilk yeraltı təkan 3.9 bal gücündə olub. Daha sonra 4,4 bal gücündəl zəlzələ qeydə alınıb. Çox keçmədən 6,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan insanlar arasında yaranan təşvişlə əlaqədar şəhərin mobil rabitə sistemində ciddi pozuntular yaşanır.

Dağıntılar və itkilər barədə hələ ki məlumat yoxdur.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv