Bəzi əkin sahələrinə görə hektara 400 manat ödənilməsi nəzərdə tutulur

Bəzi əkin sahələrinə görə hektara 400 manat ödənilməsi nəzərdə tutulur






presstv

"Presstv"az #Ailə, #Arıçılıq, #Fermerlər, #Milli Məclis, #Quba, #Qubadlı rayonu, #Xurma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə görə hektara 400 manat, digər ərazilərə görə isə hektara 140 manat subsidiya ödənilməsi nəzərdə tutulur”.

presstvaz xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, müasir suvarma sistemlərinin dəstəklənməsi üçün avadanlıqların 40% güzəştli satışı ilə yanaşı, müasir suvarma sistemlərinin tətbiqinə görə 2025-ci ildən 60 manat/ha əlavə subsidiya ödənilir:

“İşğaldan azad edilmiş ərazilər üzrə isə birmənalı olaraq müasir suvarmanın tətbiqi daha yüksək əmsalla dəstəklənir. Belə ki, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə görə hektara 400 manat, digər ərazilərə görə isə hektara 140 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

İnvestisiyayönümlü yeni bağların salınması xərclərinin bir hissəsinin kompensasiyası məqsədilə subsidiya ödənilən sektorların sayı artırılıb. Ötən il 12 növ meyvə və giləmeyvə üçün belə subsidiya ödənilirdisə, 2025-ci ildən 20 növ yeni meyvə və giləmeyvə bağlarının (badam, püstə, qoz, alma, armud, gilas, xurma, qarağat, böyürtkən, mavigilə) salınması dəstəklənir. Həmçinin investisiya səmərəliyi baxımından bağların salınması reqlamentlərinə dair tələblər də təkmilləşdirilib”.

Nazirlik rəsmisi, həmçinin bildirib ki, heyvandarlıq və arıçılıqla məşğul olan fermerlərin 2021-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara mövsümi köçü həyata keçirilir:

“2024-cü ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 1 022 fermerə (təsərrüfata) məxsus 249 996 baş xırdabuynuzlu davar, 10 049 baş iribuynuzlu mal-qara və 4 217 fermerə (təsərrüfata) məxsus 195 203 arı ailəsi qeydiyyatdan keçmiş və dislokasiya üzrə köçürülməsi təşkil edilib. İşğaldan azad edilmiş rayonların ərazilərində 4.7 min hektar çoxillik əkmələr altında olan kənd təsərrüfatı təyinatlı (bəzi ərazilər massiv şəklində) torpaq sahələri ayrı-ayrı subyektlərə icarəyə verilib. Aqrar sahədə fəaliyyət göstərən subyektlərlə 2021-ci ildən etibarən Zəngilan rayonunda 2 220 hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda 2 000 hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il) icarəyə verilib. 2023-24-cü əkin ilində 78.48 min hektar buğda, 10.47 min hektar arpa, 1.08 min hektar qarğıdalı əkinlərinə, habelə becərdikləri 219.4 hektar üzüm və 656.67 hektar meyvə bağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 20.2 milyon manat məbləğində əkin subsidiyası ödənilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv