Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR

Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR






presstv

"Presstv"az #Azərbaycan, #Lənkəran, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda buraxılış imtahanlarının nəticələri geniş müzakirə olunur.

presstvaz-ın modern.az-a istinadən xəbərinə görə, təhsil eksperti Məzahir Məmmədli bildirib ki, illərdir təhsilin "olmazsa-olmazı" kimi qəbul etdiyimiz repetitorluq sistemi tədricən sıradan çıxır.

"DİM-in qismən mövqe yumşaltması həm şagirdlərin, həm də valideynlərin üzünü güldürüb. Artıq son iki ilin nəticəsinə görə maksimum nəticə göstərən şagird sayı təxminən 100 nəfərə çatıb (keçən il 55 bu il bu rəqəm 43-dür). Bu nəticələr arasında yalnız məktəb təhsili ilə uğur qazanan, repetitor yanına getməyən şagirdlər də var.

"Bunker müəllimlər" dövrü kimi tanınan 1994-95-ci illərdən bu yana formalaşmış sistem artıq arxada qalır. Bu il müxtəlif liseylər, gimnaziyalar, hətta kənd məktəblərindən belə yüksək nəticə göstərən şagirdlərin sayı artıb. Nümunə kimi bu günlərdə sosial şəbəklərdəki müzakirələri göstərə bilərik. Gəncədə bir liseyin şagirdləri 90% yüksək nəticə əldə edib, Lənkəranın Vilavur kəndindən olan məzunların əksəriyyəti isə repetitor dəstəyi olmadan yüksək nəticələr göstəriblər. Ucqar rayonlardan maksimum 300 ballıq bir neçə məzunlarımız oldu", – o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv