Planlı qeysəriyyə əməliyyatları qadağan edildi

Planlı qeysəriyyə əməliyyatları qadağan edildi






presstv

"Presstv"az #Həkim, #Rəcəb Tayyib Ərdoğan, #Səhiyyə Nazirliyi, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Səhiyyə Nazirliyi tibbi zərurət olmadan özəl xəstəxanalarda planlı qeysəriyyə əməliyyatlarına qadağa qoyub.

presstvaz xəbər verir ki, qərar Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.

Mövzu ictimaiyyətdə geniş müzakirə doğurub. Prezident Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirərək, “Normal doğuşa təşviq hörmətsizlik deyil, sağlam cəmiyyət üçün mühüm addımdır,” deyib.

Qeyd edək ki, “Sağlam Türkiyə Əsri” proqramı çərçivəsində yenilənən əsasnaməyə əsasən, doğum şöbəsi yaratmaq istəyən özəl tibb mərkəzləri artıq əməliyyat otağına da sahib olmalıdır. Əks halda doğum xidmətləri göstərmələrinə icazə verilməyəcək.

Yeni qaydalara görə, doğum otaqları minimum 16 kvadratmetr ölçüsündə olacaq və doğuşla bağlı bütün məlumatlar elektron sistemə daxil ediləcək. Həmçinin, mütəxəssis həkimlərin sayı 10-u keçən mərkəzlərdə cərrahi müdaxilə bölməsi yaradılması mümkün olacaq. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv