Arda Güler hansı kluba transfer oluna bilər?

Arda Güler hansı kluba transfer oluna bilər?






presstv

"Presstv"az #"Real Madrid", #Almaniya, #Futbol, #Haber Global, #İspaniya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur türkiyəli futbolçu Arda Gülerin “Real Madrid”dəki gələcəyi ilə bağlı spekulyasiyalar fonunda onun geri satınalma şərti ilə Almaniya komandasına satılacağı iddia edilir.

presstvaz-ın xəbərinə görə, bu barədə “Haber Global”ın materialında bildirilir.

Qeyd edilir ki, gələn mövsüm “Real Madrid” komandasında köklü dəyişikliklərin olacağı dəqiqdir. Bu kontekstdə də “Real Madrid”in prezidenti perspektivli gənc oyunçulardan birini komandadan göndərmək imkanını nəzərdən keçirir. Namizədlərin sırasında “Bayer Leverkuzen” kimi klubların hədəfində olan gənc futbolçu Arda Gülerin olduğu ehtimal edilir.

İddialara görə, Xabi Alonsonun “Leverkuzen” ilə müqaviləsini ləğv edə bilməsi üçün “Real Madrid” Arda Güleri Almaniya komandasına göndərəcək. Amma bu, kirayə əsasında olmayacaq. Əvəzində geri satınalma opsiyasından (variantından) istifadə ediləcək. “Real Madrid” bu variantı Niko Pazı “Komo”ya satdığı zaman tətbiq etmişdi. Beləliklə də İspaniya nəhəngi lazım gələrsə, Ardanı yenidən heyətinə qatmaq hüququna sahib olacaq.

Hazırda yay transfer pəncərəsi dövründə bu ehtimalın gerçəkləşib-gerçəkləşməyəcəyi dəqiq olmasa da, belə bir variantın mövcudluğu istisna edilmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv