Rəşad Mahmudov: “Bəzi hallarda audit qorxuya və qərarın ehtiyatla qəbuluna səbəb olur”

Rəşad Mahmudov: “Bəzi hallarda audit qorxuya və qərarın ehtiyatla qəbuluna səbəb olur”






presstv

"Presstv"az #Audi, #Hesablama Palatası, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son illərdə TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyədə satınalma funksiyasını öz üzərinə götürüb. Bu strukturlar vasitəsilə mərkəzləşdirilmiş və daha sistemli yanaşma tətbiq edilsə də, onların da istər normativ, istərsə də texniki imkanlarının təkmilləşdirilməsinə ehtiyac var”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Hesablama Palatasının audit imkanları və təqdim etdiyi hesabatlar sistemli problemlərin müəyyən olunmasında ciddi alətə çevrilib:

“Lakin eyni audit çərçivəsinin səhiyyənin spesifikası nəzərə alınmadan tətbiqi bəzi hallarda daha çox qorxu və ehtiyatla qərar qəbul olunmasına səbəb olur. Hesab edirəm ki, gələcəkdə elektron satınalma sistemlərinin imkanları genişləndirilməli, real vaxtda nəzarət alətləri tətbiq olunmalı, eyni zamanda, səhiyyə kimi “xüsusi statuslu sahələr” üçün operativ və səmərəli satınalma modelləri hüquqi müstəvidə formalaşdırılmalıdır. Bu istiqamətdə beynəlxalq təcrübələrə baxış, risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi və qiymətə deyil, dəyərə əsaslanan yanaşmalar vacibdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv