“Baytarlıq haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi son oxunuşda TƏSDİQLƏNİB

“Baytarlıq haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi son oxunuşda TƏSDİQLƏNİB






presstv

"Presstv"az #Hakim, #İqtisadiyyat Nazirliyi, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə bağlı yaranan xərclər ləğv ediləcək.

presstvaz xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

“Baytarlıq haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi heyvanlar üçün bioloji preparatlar istehsalının təşviqi məqsədilə hazırlanıb və həmin obyektlərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini və qeydiyyat xərclərinin ləğvini nəzərdə tutur.

Bu qanunun 26.2-ci və 39.2.2-ci maddələrinə görə, ölkə ərazisində heyvanlar üçün bioloji preparatların istehsalı obyektlərinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq və mülkiyyətçilərin vəsaiti hesabına həyata keçirilir.

Qanunun bu tələbinə uyğun olaraq, qeydiyyatın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin müəyyən edilib ki, obyektlərin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı ilə bağlı xərclər Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilən “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nə uyğun olaraq, ərizəçinin vəsaiti hesabına maliyyələşdirilir.

Digər tərəfdən, baytarlıq preparatlarının istehsalı fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilən miqdarda dövlət rüsumu ödənilməlidir.

Qeyd olunanlar göstərir ki, mövcud qanunvericilik bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməsini təsbit edir ki, bu da onların vəziyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Həmin mürəkkəbliyin aradan qaldırılması üçün müvafiq qanun layihəsi təklif olunub.

Məlumatların təqdim edilməsi “Lisenziyalar və icazələr haqqında” Qanunda öz əksini tapır. Belə ki, lisenziya verən orqan (İqtisadiyyat Nazirliyi) verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar barədə məlumatı reyestrdə qeydə alındığı tarixdən üç iş günü müddətində lisenziya verilən fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına (bioloji preparatların istehsalı fəaliyyətinə münasibətdə AQTA-ya) göndərir.

Qanun layihəsi heyvanlar üçün bioloji preparatların istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların AQTA tərəfindən qeydiyyatının İqtisadiyyat Nazirliyinin “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında həyata keçirilməsini və qeydiyyatla bağlı yaranan xərclərin ləğvini, bununla da bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə yükünün azaldılmasını nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv