Cənubi Koreya KXDR-i izləmək üçün orbitə yeni peykini göndərdi

Cənubi Koreya KXDR-i izləmək üçün orbitə yeni peykini göndərdi






presstv

"Presstv"az #ABŞ, #Cənubi Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreya kosmik kəşfiyyat sahəsində yeni bir addım ataraq dördüncü casus peykini uğurla orbitə çıxardıb. Bu gün Florida ştatının Kanaveral burnundakı ABŞ Kosmik Qüvvələri bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə start götürən peyk hədəf orbitinə çatıb.

presstvaz-ın məlumatına görə, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, bu buraxılış ölkənin öz casus peyk qrupunu yaratmaq üçün həyata keçirdiyi iddialı proqramın bir hissəsidir.

2025-ci ilin sonuna qədər daha bir peyk orbitə göndəriləcək və beləliklə, Cənubi Koreya şimal qonşusu olan KXDR-i cəmi iki saatlıq intervallarla fasiləsiz olaraq müşahidə edə biləcək.

Qeyd edək ki, Cənubi Koreyanın ilk kəşfiyyat peyki 2023-cü ilin dekabrında orbitə buraxılmışdı. Ölkə üçün kosmik kəşfiyyat imkanlarının inkişafı strateji əhəmiyyət daşıyır. Bu, Cənubi Koreyanın ABŞ-nin təqdim etdiyi kəşfiyyat məlumatlarından asılılığını azaltmağa imkan verəcək.

Xüsusilə, KXDR-in ilk “Malligyong-1” kəşfiyyat peykini orbitə çıxarması bu məsələni daha da aktuallaşdırıb. Cənubi Koreya isə kosmik yarışda geri qalmamaq və təhlükəsizliyini təmin etmək üçün öz kəşfiyyat peyklərinin sayını artırmağa davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv