ABŞ-də Milli Hokkey Liqasının pley-off oyunda kütləvi dava: 10 oyunçu uzaqlaşdırılıb

ABŞ-də Milli Hokkey Liqasının pley-off oyunda kütləvi dava: 10 oyunçu uzaqlaşdırılıb






presstv

"Presstv"az #ABŞ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də “Toronto Meypl Lifs” və “Ottava Senators” komandaları arasında Milli Hokkey Liqasının pley-off seriyasının ilk oyununda qalmaqal yaşanıb. Oyunun son dəqiqəsində oyunçular arasında kütləvi dava baş verib.

presstvaz-ın xəbərinə görə, bu barədə Gazeta.ru nəşri məlumat verib.

İnsident üçüncü dövrədə, final fitindən 44 saniyə əvvəl, tabloda “Toronto”nun xeyrinə 6:2 hesabı yazıldığı zaman baş verib. Davaya səbəb iki “Ottava” oyunçusunun “Meypl Lifs” hokkeyçisinə güc tətbiq etməsi olub.

Davanın yekununda 10 nəfər uzaqlaşdırma cəzası alıb – “Toronto”nun hücumçusu Nikolas Robertson və “Ottava”nın hücumçusu Metyu Haymor hərəyə dörd dəqiqə, qalan hər kəs iki dəqiqə müddətinə uzaqlaşdırılıb.

Torontodakı “Skouşabenk-Arena”da keçirilən görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matç seriyanın birincisi olub, komandalar ikinci oyunu da “Toronto”nun stadionunda keçirəcəklər. Qarşılaşma aprelin 23-də baş tutacaq.

Hazırkı Stenli Kubokunun sahibləri “Florida Panters” komandasıdır. Final seriyasında “Panters” “Edmonton Oylers”i məğlub edib, qarşıdurma maksimum sayda – yeddi matç davam edib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv