“Abi” hotelin fəaliyyəti dayandırıldı

“Abi” hotelin fəaliyyəti dayandırıldı






presstv

"Presstv"az #Azərbaycan, #Dövlət Yanğın Nəzarəti Xidməti, #Şəmkir, #Şəmkir rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəmkirdə yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir rayonunda yerləşən “Abi” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;

– obyektdə kustar üsulla hazırlanmış odun sobasından istifadə olunur;

– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;

– elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

– obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

– köçürmə çıxışı üçün nəzərdə tutulan qapılar çıxış istiqamətinə doğru açılmır;

– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

– köməkçi otaqlar təmiz vəziyyətdə saxlanılmayıb;

– təxliyə planı mövcud deyil;

– obyektin bəzi divar və tavan hissələri yanar material olan taxta ilə üzlənilib, o cümlədən taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;

– obyektdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Abi” otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv