Premyer Liqa: XXXI tur başa çatır, “Qarabağ”ın çempionluğu bu gün rəsmiləşə bilər

Premyer Liqa: XXXI tur başa çatır, “Qarabağ”ın çempionluğu bu gün rəsmiləşə bilər






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Bakı, #Hakim, #İdman, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.

presstvaz xəbər verir ki, günün ilk oyununda “Şamaxı” “Kəpəz”lə üz-üzə gələcək.

Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.

Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.

Günün maraqla gözlənilən qarşılaşması Bakıda “Zirə” və “Sumqayıt” komandaları arasında oynanılacaq.

Çempionatın lideri “Qarabağ”dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan “qartallar” bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan “Sumqayıt” isə səkkizincidir.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

20 aprel

16:30. “Şamaxı” – “Kəpəz”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Vüsal Əliyev.

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Munis Abdullayev.

Zirə İdman Komnpleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 3:0, “Sabah” “Səbail”i 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv