Premyer Liqa: “Qarabağ” bu gün “Neftçi” ilə qarşılaşacaq

Premyer Liqa: “Qarabağ” bu gün “Neftçi” ilə qarşılaşacaq






presstv

"Presstv"az #"Qarabağ", #Hakim, #Neftçi, #Premyer Liqası, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XXXI turunda “Qarabağ” klubu “Neftçi” ilə üz-üzə gələcək.

presstvaz xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək.

Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik “Neftçi” isə altıncıdır.

Günün daha bir oyununda isə “Sabah” klubu “Səbail”lə qarşılaşacaq. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 17:30-da başlayacaq.

Turnir cədvəlində “Sabah” 36 xalla beşinci sırada yer alıb. “Səbail” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

19 aprel

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

“Bank Respublika Arena”.

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

Tofiq Bəhramov adına Respublika stadionu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv