Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI






presstv

"Presstv"az #Azərbaycan, #Bahalaşma, #Qiymət artımı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əvvəlki aylarla müqayisədə tikinti materialları bazarında qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə xaricdən gətirilən məhsullarda daha qabarıq hiss edilir.

presstvaz ATV-yə istinadən xəbər verir ki, son iki həftədə bazarda qiymətlərin artdığı daha çox taxta, sement və mişar daşı kimi əsas tikinti materiallarında nəzərə çarpır. Məsələn, bir neçə ay öncə kubu 320 manata satılan taxta hazırda 340 manata təklif olunur. Sementin bir kisəsində 50 qəpik, mişar daşında isə 10 qəpik artım qeydə alınıb. Qiymət artımı digər tikinti materiallarında da özünü göstərir.

Alıcılar bahalaşmadan narazıdırlar. Satıcılar isə bunu həm istehsal xərclərinin, həm də idxal qiymətlərinin artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, dam örtükləri, sement, xırdavat məhsulları və digər materialların satış qiymətlərində də yüksəliş var.

“Əvvəllər taxtanın kubunu 320 manata alırdıq, indi 330-340 manata qədər qalxıb. Artım var və bu davam edir”, – deyə satıcılardan biri bildirib.

Dam örtüklərinin qiymətləri qalınlıq və keyfiyyətə görə dəyişir – 3 manat 50 qəpikdən başlayaraq, 30 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, məhsullar yerində bahalaşır, bu isə onların satış qiymətlərinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycanda tikinti materialları sonuncu dəfə mart ayının əvvəlində bahalaşmışdı.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv