General Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri TƏYİN OLUNUB

General Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri TƏYİN OLUNUB






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Ailə, #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #Goranboy rayonu, #Hikmət Mirzəyev, #İlham Əliyev, #Müharibə, #Quru Qoşunları, #Sərəncam, #Vətən müharibəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Ordusunun 4-cü Ordu birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu birliyinin komandiri vəzifəsinə gətirilib.

Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.

Qeyd edək ki, general-mayor Akif Səməndər oğlu Pirverdiyev Goranboy rayonunun Qaramusalı kəndində anadan olub.

O, Birinci Qarabağ müharibəsində iştirak edib. 2004-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu kimi xidmətdədir. XTQ komandanının maddi-texniki təminat üzrə müavini işləyib. Sonradan XTQ-nin Qərargah rəisi olub.

General-leytenat Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra Akif Piriverdiyev bir müddət XTQ-nin komandanı vəzifəsini icra edib.

2020-ci ilin 44 günlük Vətən müharibəsində polkovnik rütbəsində olan A.Pirverdiyev cəbhənin müxtəlif istiqamətlərində döyüşüb.

Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatını onun rəhbərlik etdiyi bölmələr həyata keçirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla A.Pirverdiyev “Zəfər” ordeni ilə təltif olunub.

O, bu ordenlə təltif olunan 33 zabitdən biridir.

A.Pirverdiyev 2022-ci ilin iyun ayının 25-də dövlət başçısının Sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb, daha öncə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv