İdman zallarına tələbat artır: Qiymətlər necə dəyişib?

İdman zallarına tələbat artır: Qiymətlər necə dəyişib?






presstv

"Presstv"az #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yay fəsli yaxınlaşdıqca, idman zallarına maraq da artır. Bəziləri arzuladıqları çəkiyə çatmaq və sağlam bədən quruluşuna sahib olmaq, digərləri isə qarşıdan gələn idman yarışlarına hazırlaşmaq üçün zallara üz tuturlar.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, hazırda idman zallarında məşq qiymətləri əraziyə və şəraitə görə ciddi fərqlənir. Paytaxtın mərkəzində yerləşən zallarda bir aylıq üzvlük 300 manatdan başlayır, bəzən isə 450 manata qədər yüksəlir. Mərkəzdən kənarda isə qiymətlər 25-60 manat aralığında dəyişir.

Məsələn, bəzi zallarda bir giriş üçün ödəniş 4 manat, limitsiz aylıq məşq qiyməti isə 35 manatdır. 12 giriş üçün nəzərdə tutulmuş aylıq paketlər 30-40 manat arasında dəyişə bilər. Həftədə iki dəfə zala gəlmək istəyənlər üçün 20 manatlıq 8 girişli paketlər də təklif olunur.

Mütəxəssislərin sözlərinə görə, ötən illə müqayisədə bu il qiymətlər təxminən 20-30 faiz artıb. Qış fəslinə nisbətən yaz-yay aylarında qiymətlər 10 faizədək yüksəlir ki, bu da artan tələbatla bağlıdır.

Qiymətlərin formalaşmasına zalda mövcud olan avadanlıqların səviyyəsi, obyektin yerləşdiyi ərazi və ümumi maraq birbaşa təsir göstərir. Əlavə olaraq, fərdi məşqçi ilə məşqlər seçildikdə aylıq ödənişlər bir qədər də artır.

Ətraflı süjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv