Votsapda inqilabi yenilik

Votsapda inqilabi yenilik






presstv

"Presstv"az #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Votsap “Android” sistemində Beta versiyasının istifadəçiləri üçün əlçatan olan mesajların tərcüməsi funksiyasını işə salıb.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Belə ki, proqramın 2.25.12.25 versiyasını quraşdıran votsap testçiləri mesajları tərcümə etmək üçün dil paketlərini endirə biliblər.

Dəstəklənən dillərə rus, ispan, ərəb, portuqal və hind dilləri daxildir. Bundan əlavə, istifadəçilərin avtomatik dilin aşkarlanması üçün xüsusi dil paketinə giriş imkanı var ki, bu da bir neçə dilin eyni vaxtda mövcud ola biləcəyi qrup söhbətlərində xüsusilə faydalıdır.

Qeyd olunur ki, bütün əməliyyatlar cihazda lokal olaraq həyata keçirilir – məlumatlar üçüncü tərəf serverlərinə və ya Meta şirkətlərinə ötürülmür.

Tərcümə funksiyası şəxsi söhbətlərdə, qruplarda və kanallarda mövcuddur. Bununla belə, bu funksiya standart olaraq qeyri-aktivdir. Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısı genişləndiriləcək və əlavə dil paketləri təqdim ediləcək. Funksiyanın messencerin stabil quruluşlarında nə vaxt işləyəcəyi açıqlanmır.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv