Ukraynada azərbaycanəsilli hərbçi itkin düşüb

Ukraynada azərbaycanəsilli hərbçi itkin düşüb






presstv

"Presstv"az #Azərbaycan, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna ordusunun azərbaycanəsilli hərbçisi itkin düşüb.

presstvaz “Report”a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Zamiq Şakir oğlu Gülmalıyev Donetsk vilayəti istiqamətində itkin düşüb.

Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z.Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.

İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.

Qeyd edək ki, itkin düşən azərbaycanlı hərbçi İvano-Frankovsk şəhərində yaşayıb və buradan orduya yollanıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv