Yəmənin Ras-İsa limanına ABŞ-nin hava zərbələri: 38 ölü, 102 yaralı

Yəmənin Ras-İsa limanına ABŞ-nin hava zərbələri: 38 ölü, 102 yaralı






presstv

"Presstv"az #ABŞ, #dənizdə, #Husilər, #İran, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndəki Ras-İsa neft limanına zərbələr endirildiyini və limanın məhv edildiyini açıqlayıb.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, bu addım İran tərəfindən dəstəklənən husi terrorçularının yanacaq mənbəyini aradan qaldırmaq məqsədi daşıyıb.

CENTCOM-un bəyanatında qeyd olunub ki, Ras-İsa limanı husilər tərəfindən hərbi əməliyyatlarını dəstəkləmək, nəzarət vasitəsi kimi istifadə etmək və idxaldan əldə edilən mənfəəti mənimsəmək üçün yanacaq əldə etmək məqsədilə istifadə olunub. Endiriən zərbələrin məqsədi husilərin iqtisadi potensialını zəiflətmək olub.

Husilərin rəsmi “Ənsar Allah” “Telegram” kanalında ABŞ-nin Ras-İsa limanına 14 hava zərbəsi endirdiyi bildirilib. Nəticədə 38 nəfər həlak olmuş, 102 nəfər isə ağır yaralanıb. Husilər iddia ediblər ki, liman tamamilə mülki infrastruktur olub.

Ras-İsa limanı Yəmənin Qırmızı dənizdəki əsas neft ixrac mərkəzlərindən biri olub. Limanın məhv edilməsi Yəməndəki vəziyyəti daha da gərginləşdirə və humanitar böhranı dərinləşdirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv