DTX-nin həbs etdiyi hakerin tanınmış kibercinayətkar dəstə ilə əlaqəsi olub? – MƏHKƏMƏ

DTX-nin həbs etdiyi hakerin tanınmış kibercinayətkar dəstə ilə əlaqəsi olub? – MƏHKƏMƏ






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Audi, #Avto, #Azərbaycan, #Cinayət işi, #Dollar, #Dövlət Təhlükəsizliyi Xidməti (DTX), #Hakim, #İsrail, #Kriptovalyuta, #Mobil telefon, #Yasamal Rayon Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda təqsirləndirilən, kompüter məlumatlarını qanunsuz ələ keçirdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

presstvaz   Oxu.az-a istinadən bildirir ki,  Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmədə işə yeni qoşulduğu üçün müvəkkilinin yenidən ifadə verməsini xahiş edib.

Tural Əliyev ifadəsində bildirib: “Ultra Technologies” MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm. Mən sadəcə istəmişəm ki, bu aləmdə nüfuz qazanım. Onun üçün də təcrübəli şəxslərin ətrafında olmuşam. Eyni zamanda, müxtəlif şirkətlərin serverlərinin təhlükəsizliyini yoxlamışam”.

Təqsirləndirilən şəxs “Ultra Technologies” MMC-nin sistemlərinə qanunsuz müdaxilə etməyinə münasibətini bildirərək qeyd edib ki, onun məqsədi bu sistemi yoxlamaq olub.

“Mən ekspertəm. Yoxlamaq mənim işimdir. Bu şirkətlə forumda tanış olmuşam. Həmin forumda mənim kimi yüzlərlə şəxs iştirak edirdi. Yoxlama zamanı orada boşluqların olduğunu gördüm. “Ultra Technologies” MMC-nin serverlərinə gizli daxil olmamışam. Yoxlama aparmışam. Lakin giriş hələ də cihazımda qalmışdı. Cihaz yenidən aktiv olduğu zaman avtomatik daxil olub”.

Tural Əliyev istifadə etdiyi kiberproqlamların audit tipli olmaqla yanaşı, sistemlərdə olan boşluqları müəyyən edib şirkətlərə müəyyən məlumatlar verilməsi üçün istifadə etdiyini bildirib.

“Mənim hazırladığım proqram Azərbaycan üçün böyük layihə idi. Bunun üçün özümü tanıtmalı idim. Hazırladığım proqram təminatı barədə “İdrak” şirkətinin prezidenti Hikmət Abdullayevə də məlumat vermişəm. Həmin proqram təminatını özümə məxsus avadanlıqda saxlayırdım”.

Bunlarla yanaşı, məhkəmə istintaqı zamanı o da müəyyən olunub ki, təqsirləndirilən “User Elşən” adlı şəxslə əlaqə saxlayaraq şirkətlərin sisteminə müdaxilələrlə bağlı müzakirələr aparıb. Məxfilik üçün VPN-dən istifadə olunub.

O, kiberproqramlar vasitəsilə İsrail və ABŞ-yə məxsus şirkətlərin müəyyən məlumatlarını da əldə edib.

Həmçinin təqsirləndirilən şəxsin “Alfa Black Cat” kibercinayətkar dəstə ilə də əlaqəsi olub. Belə ki, Tural Əliyev 2023-cü ilin sonlarında “Karnaval” ləqəbli şəxslə əlaqə saxlayıb və ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb. Ödənişi də kriptovalyuta şəklində alıb.

Eyni zamanda, təqsirləndirilən şəxs Argentinada yerləşən dəniz şirkətinin məlumatlarını fərdi şəxslərə satıb.

Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv