Əsədin Suriyadan 500 min dollar pul və qiymətli əşyaları necə apardığı məlum oldu

Əsədin Suriyadan 500 min dollar pul və qiymətli əşyaları necə apardığı məlum oldu






presstv

"Presstv"az #Ailə, #Dəməşq, #Dollar, #Suriya, #təyyarə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl 500 min dollar pul, qiymətli əşyalar, sənədlər, notbuklar və məxfi məlumatlar olan diskləri özü ilə götürə bilib.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” 14 Suriya rəsmisinə, keçmiş liderə yaxın mənbəyə, peyk görüntüləri, uçuş izləmə məlumatları və “WhatsApp” yazışmalarına istinadən məlumat yayıb.

Məlumata əsasən, Əsədin iqtisadi məsələlər üzrə müşaviri Yasar İbrahim keçmiş prezidentin əmlakını, qohumlarını və köməkçilərini BƏƏ-yə aparmaq üçün istifadə edilən “Embraer Legacy 600” təyyarəsini icarəyə götürüb. Əsəd rejiminin süqutuna qədər 48 saat ərzində təyyarə dörd uçuş həyata keçirib.

Dəməşqdən Əbu-Dabidəki Əl-Bətin hava limanına ilk iki reys dekabrın 6-da həyata keçirilib. Həmin vaxt Əsəd ailəsinin üzvləri özləri ilə nağd pul, eləcə də rəsm əsərləri və kiçik heykəllər götürərək Suriyanı tərk ediblər. “Embraer” içərisində nağd pul olan çantalar, habelə maliyyə qeydləri, görüşlərin protokolları, eləcə də pul köçürmələri və ofşor hesabların təfərrüatı olan disklər və elektron qurğularla birlikdə dekabrın 7-də axşam saatlarında Suriya paytaxtından havaya qalxıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv