Vaşinqtonda 11 aprel Aleksandr Oveçkin Günü elan edildi

Vaşinqtonda 11 aprel Aleksandr Oveçkin Günü elan edildi






presstv

"Presstv"az #ABŞ, #Kanada, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqtonun (ABŞ) meri Myuriel Bauzer 11 aprel 2025-ci ili Milli Hokey Liqasının (NHL) “Vaşinqton” klubunun kapitanı və hücumçusu Aleksandr Oveçkinin Günü elan edib.

presstvaz-ın məlumatına görə, bununla bağlı sənəd komandanın Mətbuat Xidməti tərəfindən dərc olunub.

“Mən, Vaşinqtonun meri, 11 aprel 2025-ci ili rəsmi olaraq Aleksandr Oveçkin Günü elan edirəm və şəhərin bütün sakinlərini bu günü qeyd etməyə dəvət edirəm”, – deyə sənəddə qeyd olunur.

Qeyd edək ki, Oveçkin NHL-in müntəzəm çempionatlarında vurulan qolların sayına görə rekord qırıb. Hazırda hücumçunun hesabında 896 qol var. 6 aprel tarixində o, 894 qolla bu sahədə lider olan kanadalı əfsanəvi hokkeyçi Ueyn Qretskini geridə qoyub.

11 apreldə isə Vaşinqtonda Oveçkinin şərəfinə bayram tədbirləri keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv