“Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar” serialı ilə bağlı MÜƏMMA: Daha bir faciə baş verdi

“Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar” serialı ilə bağlı MÜƏMMA: Daha bir faciə baş verdi






presstv

"Presstv"az #Ailə, #Haber Global, #Hadisə, #Həkim, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin məşhur “Şakir Paşa Ailəsi: Möcüzələr və qalmaqallar” serialının çəkildiyi tarixi iqamətgahda dəhşətli yanğın baş verib. Faciə zamanı çəkiliş qrupunun üzvlərindən biri alovlara müdaxilə edərkən, tüstüdən zəhərlənərək dünyasını dəyişib.

presstvaz bu barədə “Haber Global”a istinadla xəbər verir.

Bildirilib ki, hadisə yerinə çağırılan həkimlərin bütün səylərinə baxmayaraq, işçini xilas etmək mümkün olmayıb. Bu ağır itki ilə əlaqədar olaraq, serialın çəkilişləri müvəqqəti dayandırılıb.

İlkin məlumatlara görə, yanğının hansı səbəbdən başladığı hələ ki, məlum deyil.

Lakin bu, “Şakir Paşa” serialının çəkiliş meydançalarında baş verən ilk bədbəxt hadisə deyil. Belə ki, bir müddət əvvəl Kartaldakı meydançada baş verən yanğında serialın Böyükadadakı köşkünü təmsil edən 1200 kvadratmetrlik nəhəng dekor tamamilə kül olmuşdu.

Qeyd edək ki, serial 1912-ci ildə Osmanlı İmperiyasının öndə gələn ailələrindən olan Şakir Paşa ailəsinin fitnə və sirlərlə dolu həyatlarından və münasibətlərdən bəhs edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv