Kürən, sarışın, yoxsa qaraşın? – Həkim xərçəngə ən çox meyilli olanların kimlər olduğunu açıqladı

Kürən, sarışın, yoxsa qaraşın? – Həkim xərçəngə ən çox meyilli olanların kimlər olduğunu açıqladı






presstv

"Presstv"az #Günəş, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dəri xərçənginin ən təhlükəli forması olan melanoma riski kürən saçlı insanlarda qaraşınlarla müqayisədə təxminən dörd dəfə, sarışınlarda isə 1.5 dəfə yüksəkdir. Bu, həm genetik meyillə, həm də dərinin fototipi ilə bağlıdır”.

presstvaz-ın məlumatına görə, bu barədə tanınmış rusiyalı onkoloq Vadim Maklakov xəbərdarlıq edib.

Onun sözlərinə görə, melanoma dəriyə rəng verən melanositlərdən inkişaf edir.

“Xəstəlik tez metastaz verdiyinə görə çox aqressiv sayılır. Təkcə dəri deyil, selikli qişalarda, o cümlədən mədə-bağırsaq traktında, gözlərdə və cinsiyyət orqanlarında da yarana bilər” , – deyə o bildirib.

Həkimin sözlərinə görə, uğurlu əməliyyatdan sonra belə, bəzi hallarda xəstəlik ilk il ərzində təkrar baş verə bilər.

Maklakov qeyd edib ki, bu xəstəlik xüsusilə günəş vannalarından sui-istifadə edənlər və tez-tez solyariyə gedənlər arasında daha çox yayılıb.

“UV şüaları (həm UVA, həm də UVB) dəridə immun hüceyrələrin fəaliyyətini zəiflədir, bu da xərçəng riskini artırır” , – deyə o əlavə edib.

Onkoloq vurğulayıb ki, erkən diaqnoz xəstəliyin uğurla müalicəsində əsas faktordur:

“Əgər kiçik ölçülü şiş erkən aşkar olunarsa, 5 illik sağ qalma göstəricisi 90%-dən çoxdur. Lakin şişin qalınlığı 3.5 mm-dən böyükdürsə, bu göstərici 48%-ə enir. Əgər xəstəlik metastaz veribsə, orta ömür müddəti 5-9 ay təşkil edir” , – deyə o izah edib.

Bu səbəbdən, həkim 40 yaşına qədər hər 3 ildən bir, 40 yaşdan sonra isə hər il dəriyə skrininq müayinəsi keçməyi tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv