Biləsuvarda mağazadan 270 ədəd saxta alkoqollu içki aşkarlandı

Biləsuvarda mağazadan 270 ədəd saxta alkoqollu içki aşkarlandı






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Azərbaycan, #Biləsuvar, #Heydər Əliyev, #İnzibati Xətalar Məcəlləsi, #Salyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Samir Nizami oğlu Nağıyevə məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb.

Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma əlaməti daşıyan alkoqollu içki aşkarlanıb.

Qeyd edək ki, normalara uyğun istehsal edilmiş içkilərin eyni marka adı ilə saxtalaşdırıldığı məlum olub. Aşkar edilən pozuntularla bağlı obyektin məsul şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Həmin məhsullar saxlanca götürülüb, nümunələr isə analiz üçün aidiyyəti laboratoriyaya göndərilib. Analiz nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdiriləcək.

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirəcəyini bildirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv