AYNA: “Bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb”

AYNA: “Bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb”






presstv

"Presstv"az #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Nəqliyyat, #Qeyri-sabit hava şəraiti, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda və Abşeron yarımadasında müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar məlumatlandırılıb. Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb.

presstvaz bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, agentliyin Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur.

Belə ki, yağıntılı və küləkli hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz və fasiləsiz xidmət göstərir. Sürücülərə qapalı tunellər və keçidi mümkün olmayan ərazilər barədə məlumat verilib:

“Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Qeyd edək ki, bir neçə yolda hava şəraiti ilə əlaqədar məhdudiyyətlər tətbiq olunduğu üçün həmin ərazilərdən keçən bəzi avtobusların hərəkət sxemi dəyişdirilib. Bu barədə tezliklə daha ətraflı məlumat veriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv