“Google” çox ucuz “Android” smartfonlarının istehsalını qadağan edir

“Google” çox ucuz “Android” smartfonlarının istehsalını qadağan edir






presstv

"Presstv"az #Google, #Kitab, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” şirkəti “Android 15” əməliyyat sistemi (ƏS) ilə işləmək üçün sertifikat almaq istəyən cihazlara yeni tələblər təqdim edib. Bu səbəbdən, bir çox istehsalçı bu ƏS quraşdırılmış cihazlarını yeniləyə və ya yeni çox ucuz smartfonlar buraxa bilməyəcək.

presstvaz xəbər verir ki, bu barədə “Android Authority” portalı məlumat verib.

Əsas şərtlərdən biri 32 GB daimi yaddaşın olmasıdır ki, bunun da 75%-i istifadəçi məlumatları üçün əlçatan olmalıdır. Daha az yaddaşa malik cihazlar “Android”in açıq mənbə kodlu versiyasından (AOSP) istifadə edə bilsə də, “Google Mobile Services” (GMS) üçün sertifikatlaşdırma yeni standartlara uyğunluğu tələb edəcək. Bu, “Play Store” kimi “Google” tətbiqlərinə girişi təmin edəcək.

Əlavə olaraq, 2GB və ya 3GB RAM-a malik “Android 15” cihazları resursun optimallaşdırılmasını dəstəkləməlidir.

Digər vacib tələb qrafik imkanlara aiddir. Cihazlar “Vulkan 1.3” və ya daha yüksək versiyaları dəstəkləməli və onların “OpenGL ES” istifadə edən proqramlarla uyğunluğunu təmin etmək üçün ANGLE kitabxanaları olmalıdır.

Bununla belə, “Google” şirkəti “Widevine L1” protokolu üçün eşitmə cihazları və aparat dekoderləri ilə uyğunluq üçün “Bluetooth 5.0” və daha yuxarı versiyalardan istifadə etməyi tövsiyə edir. Bu tövsiyələr “Android 16” əsasında işləyən cihazlar üçün məcburi olacaq.

Nəhayət, cihaz zənglər zamanı fövqəladə hallarda vacib əlaqə məlumatlarını yeri təyin edən xidmətlərə ötürmək imkanını təmin etməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv