Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Müharibə, #Quba, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynalı uşaqlardan ibarət daha bir qrup – Ukraynanın hərbi əsir, itkin düşmüş və həlak olmuş hərbçilərinin uşaqları istirahət və reabilitasiya üçün Azərbaycana gəlib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusyev özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, qonaqları Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə və səfirliyin əməkdaşları qarşılayıblar.

Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiya keçə, Azərbaycan mədəniyyətinin gözəlliyini dərk edə, həmçinin Ukrayna Mədəniyyət Mərkəzini və Bakının möhtəşəm görməli yerlərini ziyarət edə biləcəklər.

Qeyd edilib ki, bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.

Səfir Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına, həmçinin Hərbi əsirlərlə bağlı Koordinasiya Qərargahının komandasına və bütün xeyriyyəçilərə, mesenatlara səfərin təşkilində göstərilən dəstəyə görə təşəkkür edib.

“Bu, təkcə xalqlarımızın dostluğunun həqiqi təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə mühüm töhfədir”, – deyə Qusyev sözlərini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv