Bu linklərə daxil olmayın!

Bu linklərə daxil olmayın!






presstv

"Presstv"az #Elşad Hacıyev, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır".

presstvaz xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

Qurum rəsmisi növbəti dəfə vətəndaşlara dələduzların qurbanına çevrilməmələri üçün müraciət edib:

"Bank hesabınız təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Zəhmət olmasa proseduru yenidən başladın. http://….bank";

"Bank hesabınızın təhlükəsizliyini gücləndirmək, kart istifadəsini müvəqqəti dayandırmaq və ya davam etdirmək üçün http://…..bank";

"Bank kartınızın təhlükəsizliyi üçün kilidləyin. http://…..bank";

"Üçüncü tərəfdən bank hesabınıza icazəsiz giriş aşkar etdik. Zəhmət olmasa yoxlayın. http://….bank";

"Biz müştərilərimizlə elektron poçt, birbaşa poçt və s. vasitəsilə onların qeydiyyatdan keçdiyi müxtəlif məlumatların aktual olub-olmadığını yoxlayacağıq. İstifadə üçün burada yoxlayın. http://…..bank" və s.

SMS-lərdə göstərilən internet URL-ə daxil olmayın. Daxil olduğunuz anda mobil telefonda olan məxfi məlumatlar, hesablar, telefon yaddaşı ələ keçiriləcəkdir. Diqqətli olun, hansısa bankın adında təkrar və qarışıq aldadıcı hərf-simvol qoyulmaqla sizi çaşdıra, yanılda bilərlər".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv