“Qiyamət günü” radiostansiyası yenə mesaj göndərdi: Qəribə sözlər nə anlama gəlir?

“Qiyamət günü” radiostansiyası yenə mesaj göndərdi: Qəribə sözlər nə anlama gəlir?






presstv

"Presstv"az #ABŞ, #Avto, #Bakı, #Moskva vilayəti, #Müharibə, #Münaqişə, #Planet, #Rusiya, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“UVB-76” (“Qiyamət günü” radiostansiyası) radiostansiyasından göndərilən dörd yeni, deşifrə edilməmiş mesaj qeydə alınıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “UVB-76 logi” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, mesajların vaxt ştampları bunlardır: Bakı vaxtı ilə saat 11:54-də “Neptun”, saat 15:48-də “Timus”, saat 18:17-də “Tülkü” və saat 19:41-də “Nootabucks” sözləri.

Həmçinin qeyd edildiyinə görə, aprelin 7-də də stansiyada “buerofant” mesajı qeydə alınıb.

Bütün bu sözlərin mənası isə naməlum olaraq qalır.

Martın 10-da da “The Buzzer” (“Jujalka” – vızıltı) adı ilə də tanınan “UVB-76” qəribə siqnal ötürüb. Mesaj rəqəmlərdən və adlardan ibarət olub.

“Nikolay, Jenya, Tatyana, İvan… Nikolay, Jenya, Tatyana, İvan”, – deyə monoton şəkildə ifadələr səslənib və bundan sonra rəqəmlərin kombinasiyasını deyib.

Qeyd edək ki, “UVB-76” daimi şəkildə monoton “vızıltı” səsi yayımlaması ilə tanınır və bəzən bu, anlaşılmaz ifadələr, rəqəmlər və ya mənasız söz ardıcıllığı ilə müşayiət olunur. Radiostansiyanın Rusiya Silahlı Qüvvələrinə aid olduğu güman edilir, lakin onun məqsədi barədə dəqiq heç nə məlum deyil.

Belə bir fikir də var ki, bu stansiya SSRİ-də soyuq müharibə illərində hazırlanmış Perimetr sistemi ilə əlaqəlidir. Bu sistemi isə ABŞ-də “Ölü əl” adlandırırlar. Bu sistem kommunikasiyaların pozulması halında kütləvi nüvə cavab zərbəsini avtomatik idarə etmək üçün nəzərdə tutulub. “Perimetr” baş qərargahdan verilən əməliyyat əmrlərinin idarəetmə mərkəzlərinə və döyüşə hazırlıq vəziyyətində olan fərdi raket buraxılış qurğularına etibarlı şəkildə çatdırılmasını təmin edir.

Bəzi qeyri-adi ifadələr hərbi məqsədlər üçün rabitə vasitəsi kimi istifadə edilə bilər. Fərziyyə var ki, səsli mesajların əsas məqsədi şəxsi heyətin nüvə sualtı qayıqları kimi hədəf obyektlərinə döyüş hazırlığını təsdiq etməkdir.

Həmçinin radiosiqnalların astronomik rəsədxanalarda istifadə üçün nəzərdə tutulmuş ola biləcəyi də düşünülür, hansı ki, ionosferdəki dəyişiklikləri təhlil edir və ya hətta yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaq üçün tətbiq edilir. Lakin bu çox sayda nəzəriyyələrin heç biri etibarlı faktlarla təsdiqlənməyib.

“UVB-76″nın nəyə xidmət etdiyi barədə etibarlı məlumat yoxdur. Versiyalar diapazonu genişdir – nüvə sualtı qayıqları ilə danışıqlardan və nüvə raketlərinin buraxılmasına nəzarətdən tutmuş, yadplanetlilərlə kontaktların axtarışına qədər. Raketlərlə bağlı versiya səbəbindən “Buzzer”i həm də “Qiyamət günü” radiostansiyası adlandırırlar: guya o, nüvə münaqişəsi zamanı yuxarıdakı qərargahların ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi məqsədilə nəzərdə tutulub.

Stansiyanın dəqiq yeri hələ də tam şəkildə müəyyən edilməyib. Əvvəlcə onun Qərb hərbi dairəsində, Moskva vilayətinin Povarovo kəndi yaxınlığında yerləşdiyi güman edilirdi, sonra Leninqrad vilayətinin Kerro kəndinə köçürülüb və hazırda Naro-Fominskdən fəaliyyət göstərdiyi ehtimal edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv